Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?

21.09.2026 11:51 465
3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?
Avropa Mərkəzi Bankının yaydığı bəyanatda kiberhücumlar, elektrik enerjisinin kəsilməsi və ya maliyyə sistemlərindəki nasazlıqlar kimi hallara qarşı ehtiyat tədbiri olaraq, ən azı üç günlük nağd avro ehtiyatının saxlanılması tövsiyə edilib.

Kibərhücum və ya uzunmüddətli elektrik enerjisi kəsintisi zamanı bank kartları, POS terminalları və mobil bankçılıq işləməsə, iqtisadiyyatda hansı problemlər yarana bilər?

Azərbaycanda əhalinin bir neçə günlük əsas xərcləri qarşılayacaq qədər nağd pul ehtiyatı saxlamasına ehtiyac varmı?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı İlqar Hüseynli bildirib:




"Sözsüz ki, kiberhucumlar və uzunmüddətli elektrik enerjisinin kəsilməsi müəyyən iqtisadi yavaşlamaya, çöküşə səbəb ola bilər. Əhalinin böyük əksəriyyəti nağdsız ödəniş sistemlərinə üstünlük verməyə başlayıb. Kartlarla, pos-terminallarla ödəniş daha çox olur".

Mər Bankın verdiyi məlumatdan bəhs edən iqtisadçı deyib:

"Son bir ildəki statistik hesablamalarda 99 milyard manata yaxın vəsait dövriyyəsi nağdsız şəkildə həyata keçirilib. Təxminən 65-67 faiz arası isə ümumi dövriyyənin nağd pula üstünlük verən hissəsi təşkil edib. Bu rəqəmlərdən də görünür ki, nağdsız hesablaşmalar iqtisadiyyatın əsasını təşkil edir".

İlqar Hüseynli əlavə edib ki, istər kiberhucumların nəticəsində, istərsə də qısamüddətli elektrik qapanmaları səbəbindən belə hallar baş verərsə, pos-terminallar işləməyəcək. Nəticədə əhali qeyri-nağd formada apteklərdə, ərzaq dükanlarında, yanacaqdoldurma məntəqələrində və s. yerlərdə ödənişlər edə bilməyəcəklər.

Mütəxəssisin sözlərinə görə, bununla yanaşı nağd pul çıxarmaq üçün imkanlar məhdudlaşacaq. Digər pos-terminallardan nağdlaşma sistemlərini həyata keçirərkən nağd pul dövriyyəsinin təşkil etmək üçün pulun çıxarılmasında problemlər yaranacaq.

Ciddi və böyük iqtisadi layihələrdə narahatlıqların yarana biləcəyini vurğulayan mütəxəsis söyləyib:

"Əgər belə bir kiberhucum və elektrik qısıtlamaları yaşanarsa, bank daxili və xarici ödəmələr zamanı iqtisadi durumu da çox böhranlı bir vəziyyətə gətirib çıxara bilər. Bu, sözsüz ki, iqtisadiyyatın ciddi şəkildə axsamasına yol açar".

Belə bir mümkün hadisənin Azərbaycana olan təsirlərinə də toxunan mütəxəsis sonda açıqlayıb:
"Ümumiyyətlə nağd pul kütləsinin olmaması bir az riskləri artırır. Sadaladığımız bu faktorlar deməyə əsas verir ki, əgər ölkəmizdə hansısa bir kiberhucum və ya elektrik qapanması nəticəsində ciddi bir böhran vəziyyəti yaranarsa, bunun üçün riskləri qarşılamaq lazımdır. Əhali zəruri ehtiyaclarını ödəmək üçün alış-veriş imkanlarını daim sığortalamalıdır. Vətəndaşlar bir neçə günlük nağd pul ehtiyatı saxlamaqla özlərini sığortalaya bilərlər".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner