Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevin işi məhkəməyə təqdim edilib

05.06.2026 17:22 528
Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevin işi məhkəməyə təqdim edilib
Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevə qarşı cinayət işi Yekaterinburqun Leninski Rayon Məhkəməsinə daxil olub.

Median.Az
-ın "Kommersant" nəşrinə istinadən xəbərinə görə, bu, məhkəmənin kartoteka məlumatlarında əksini tapıb.

Məlumata görə, Vidadi Mustafayevə qarşı üç fırıldaqçılıq maddəsi üzrə (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü və 4-cü hissələri) ittiham irəli sürülüb.

Bildirilir ki, cinayət ittihamlarından biri "Porsche" markalı avtomobilin alınması ilə bağlı ola bilər. Versiyalardan birinə görə, Vidadi Mustafayev Azərbaycan vətəndaşı olan tanışı Navruz Sadatovdan aldığı avtomobilin pulunu ödəməyib. Digər versiyaya görə, o, diaspor rəhbərinin müavini vəzifəsi üçün avtomobili və bir milyon rublu (23 min manat) alsa da, vədini yerinə yetirməyib. O, pulu və avtomobili qaytarmaqdan imtina etdikdə, Navruz Sadatov istintaq orqanlarına müraciət edib.

Vidadi Mustafayevin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında ona "Porsche"nin artıq müsadirə olunduğu bildirilib. Həbs olunduğu zaman o özünü günahkar hesab etməyib və öz mövqeyini ona böhtan atılması ilə müdafiə edib.

"Mənim fəaliyyətim cinayətkarlıqla əlaqəli deyil, mən quldur deyiləm", - deyə o bildirib.

Xatırladaq ki, Vidadi Mustafayev ötən ilin avqust ayında keçmiş diaspor lideri Şahin Şıxlinskinin həbsindən sonra Azərbaycan icmasına rəhbərlik etməyə başlayıb. Şahin Şıxlinski 24 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner