Mojo.az Banner
19:56 Bakıda avtobus həyətin girişində qaldı - VİDEO  |     19:51 FIFA Qavinin cəzası ilə bağlı qərar verdi  |     19:43 Pakistanda bomba yüklü maşın məscidə çırpılıb - Ölənlər var  |     19:37 Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb  |     19:30 Şənbə günü hava necə olacaq?  |     19:24 Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək  |     19:15 Polşadan Azərbaycana qarşı təxribat - VİDEO  |     19:10 Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq  |     19:03 Makron bahalaşan benzin qiymətlərindən danışdı  |     18:45 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət  |     18:37 Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"  |     17:06 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular  |     16:40 Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı  |     16:24 Bakıda 12 gün komada qalan körpə xilas olundu  |     16:15 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar  |     16:13 Qızıl yenidən bahalaşdı  |     16:12 Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”  |     15:37 Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB  |     15:20 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub  |     15:18 Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı  |    
Mojo.az Avto
Mojo.az Avto

İşləmək üçün Gürcüstana gedən həmyerlimiz geri qayıda bilmir - Video

09.05.2026 13:43 2 727
İşləmək üçün Gürcüstana gedən həmyerlimiz geri qayıda bilmir - Video
İşləmək üçün Gürcüstana gedən Tovuz rayon sakini Mais Zeynalov ölkədən çıxa bilmir. Buna səbəb yerli hökumət orqanları tərəfindən onun ölkədən çıxışına qadağa qoyulmasıdır.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, M.Zeynalovun sözlərinə görə, Gürcüstanda bir evdə qaldığı yoldaşları arasında mübahisə düşüb və bıçaqlanma hadisəsi baş verib. O bildirib ki, cinayəti törədən şəxs artıq həbs olunsa da, hadisədə heç bir təqsiri olmayan özünün də ölkədən çıxışına icazə verilmir.

M.Zeynalov məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, səfirlik artıq Gürcüstanın aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlayıb. Bildirilib ki, cinayət işi davam etdiyi və prosesdə şahidlərin iştirakı məcburi olduğu üçün qanunvericiliyə uyğun olaraq vətəndaşın ölkəni tərk etməsinə müvəqqəti məhdudiyyət qoyulub. İstintaq tədbirləri yekunlaşdıqdan sonra onun ölkədən çıxışına icazə veriləcək.
скачать dle 11.3
Mojo.az Banner