Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

27.04.2026 15:42 597
Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır
Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

Bu barədə dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşlar orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri görüləcək.

Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdə bərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.

Məlumat üçün bildirək ki, cənub dayaq məntəqəsi olan Dairəvi qalanın (hündürlüyü 20 metr, diametri 72 metr) statusu isə zaman-zaman dəyişib. Qala 1869-cu ildən 1959-cu ilə qədər həbsxana kimi istifadə olunub. Məhz buna görə də qalaya "Zindan qala" deyilir. Tarixi qalada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də dustaq kimi saxlanılıb. Lakin sonradan yoldaşlarının köməyi ilə həbsdən qaça bilib. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, qalada 310 nəfərə qədər məhbus saxlanılıb. Dustaqlar buraya Dairəvi qala ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu yeraltı yolda iki nəfər sərbəst hərəkət edə bilirmiş. Sonradan həmin yol yeraltı sularla dolduğuna görə hazırda istifadəsi mümkün deyil. 1970-1990-cı illərdə qalada tikiş sexi fəaliyyət göstərib.скачать dle 11.3
Mojo.az Banner