Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Latviya prezidenti bugünkü görüşdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğulayıb.
"Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir", - deyə Latviya prezidenti qeyd edib.