Mojo.az Banner
20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı milyarder Sankt-Peterburqda hotel kompleksinin sahibi oldu

09.04.2026 11:32 747
Azərbaycanlı milyarder Sankt-Peterburqda hotel kompleksinin sahibi oldu
Rusiyanın Sankt-Peterburq şəhərində "Nikolskiye ryadı" ASC-nin yeni sahibi azərbaycanlı milyarder Əsabil Qasımovla ("Karat Holding" aqrar şirkətinin sahibi) əlaqəli qurumlar olub. Alıcılar arasında Şamama Qasımovaya məxsus "Sanatoriy İstoçnik" MMC (60%) və Taleh Qasımovun sahibi olduğu "Ekspo" MMC (40%) daxildir.

Bu barədə "RBC Peterburq" "Nikolskiye ryadı"nın 2025-ci il üçün maliyyə hesabatına istinadən yazır.

Daha əvvəl cəmiyyətin səhmdarı Kiprdə qeydiyyatdan keçmiş şirkət olub. Obyekt Andrey Yakuninin "Venture Investment and Yield Management" fondunun aktivlər portfelinə daxil idi. Son alıcının adı uzun müddət ictimaiyyətdən gizli saxlanılıb.

Nəşrin rəyini soruşduğu daşınmaz əmlak bazarı ekspertlərinin qiymətləndirmələrinə görə, "Nikolskiye ryadı"nın alışı üzrə əməliyyatın dəyəri üç milyard (64.9 milyon manat) ilə 3.5 milyard rubl (75.7 milyon manat) arasında dəyişir. Analitiklər vurğulayırlar ki, bu əməliyyat Sankt-Peterburqun hotel bazarında 2025-ci il ərzində ən əhəmiyyətli və iri əməliyyatlardan biri olub.

Qeyd edək ki, "Nikolskiye ryadı" kompleksi Sankt-Peterburqun Sadovaya küçəsində yerləşir. Obyektin sahəsi 27 900 kv.m təşkil edir.скачать dle 11.3
Mojo.az Banner