Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb

17.09.2026 20:09 324
Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb
Metroda aparılan yeni tikinti işləri ilə əlaqədar mərkəzi stansiyalar arasında əlaqənin kəsilməsi bu nəqliyyat növü ilə sərnişin daşınmasının azalmasına, əvəzində avtobuslarla sərnişin daşınmasının daha çox artmasına səbəb olub.

Median.Az statistik məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində metrodan 141 578 000 sərnişin istifadə edib.

Əvvəlki ilin eyni dövrünə nisbətən metrodan istifadə edən sərnişin sayı 0,7 faiz və ya 1 milyon azalıb.

Amma avtobuslardan istifadə edənlərin sayı kəskin artıb. Bu ilin səkkiz ayında avtobuslardan 1,281 milyarddan çox sərnişin istifadə edib. Bir il əvvəlki dövrə nisbətən avtobusdan istifadə edənlərin sayı 11 faiz və ya 127 milyon sərnişin artıb.

Qeyd edək ki, avtobuslarda sərnişindaşımaya aid statistik məlumat bütün ölkə üzrə göstəriciləri əhatə edir. Lakin nəzərə alsaq ki, avtobuslarla sərnişin daşınmasının 50 faizi Bakının payına düşür və metrodakı tikinti ilə əlaqədar paytaxtda avtobuslardan daha çox istifadə edilir, deməli avtobuslardan istifadə edən sərnişinlərin sayındakı böyük artım məhz Bakıdakı göstəricilərdəki dəyişikliklə bağlıdır. Böyük ehtimalla bu səbəbdən qarşıdakı aylarda avtobuslardan istifadə edən sərnişin sayı daha da artacaq.
//sfera.az

Son xəbərlər