Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)

17.09.2026 19:37 366
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)
Xarici onlayn platformalardan alınan bəzi xidmətlərin yekun qiyməti dəyişə bilər.

Yeni qaydaya əsasən, Azərbaycan istifadəçilərinə rəqəmsal xidmət satan qeyri-rezidentin ölkəmizdəki illik dövriyyəsi 10 min dolları keçərsə, həmin şirkət 30 gün ərzində elektron vergi uçotuna alınmalıdır. Tələb xarici platformalara aiddir və yerli sahibkarlar üçün əlavə öhdəlik yaratmır.

Xarici rəqəmsal xidmətlər üzrə 18 faizlik “ƏDV” əvvəllər də tutulurdu. Platforma Azərbaycanda qeydiyyatda olmadıqda vergi ödəniş zamanı istifadəçinin kartından bank tərəfindən çıxılırdı. Yeni mexanizmdə isə ƏDV-ni qeydiyyata alınmış xarici şirkət özü hesablayaraq büdcəyə ödəyəcək. Platforma xidmətin qiymətini dəyişməzsə, istifadəçinin kartından çıxılan yekun məbləğ azala bilər. Vergi xidmətin qiymətinə əlavə olunarsa, bəzi rəqəmsal xidmətlər bahalaşa bilər.

Elektron poçt və digər interaktiv vasitələrlə göstərilən məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətləri, canlı onlayn təlimlər və tədbir biletlərinin internetlə sifarişi isə bu xüsusi mexanizmə daxil edilmir. Beləliklə əsas məqsəd, xarici rəqəmsal xidmət təminatçılarını vergi uçotuna almaq və yerli sahibkarlarla rəqabət şərtlərini yaxınlaşdırmaqdır.//Xəzər TV

Son xəbərlər