Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

24.08.2026 12:59 399
Azərbaycanda
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı sentyabrın 1-dən etibarən yeni mexanizm tətbiq ediləcək. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformasının ölkəmizdəki illik dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu tələb cari ilin sentyabr ayında qüvvəyə minəcək.

Bu barədə "APA-Economics”in sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformaları ilə məlumatlandırma və kommunikasiya işləri aparılır. Hazırda qeydiyyat prosesi davam edir. Qeydiyyata alınmış elektron ticarət platformaları barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir və bu günədək qeydiyyatdan keçmiş şirkətlərin siyahısı ilə həmin səhifədə tanış olmaq mümkündür.

Yeni mexanizm yalnız vergi orqanlarında uçotda olmayan şəxslərə göstərilən elektron xidmətlərə şamil edilir. Belə şəxslərə təqdim edilən rəqəmsal xidmətlər üzrə ƏDV qeyri-rezidentlər tərəfindən dövlət büdcəsinə ödəniləcək.

Rəqəmsal xidmətlərdən sahibkarlıq məqsədilə istifadə edən və vergi uçotunda olan şəxslər qeyri-rezident elektron ticarət platformasının sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər. VÖEN-lər daxil edildiyi halda qeyri-rezident elektron ticarət platforması ƏDV-ni xidmətin dəyərinə əlavə etmir və vergi ödəyicisindən tutmur, xidmətdən istifadə edən vergi ödəyicisi isə müvafiq ƏDV-ni qanunvericilikdə nəzərdə tutulmuş qaydada özü hesablayaraq dövlət büdcəsinə ödəyir. Buna görə də vergi ödəyiciləri xidmətlərdən istifadə edərkən vergi statuslarına dair məlumatları düzgün və tam təqdim etməlidirlər.

Bununla yanaşı, yeni mexanizmin əhatə etdiyi elektron xidmətlərin dairəsi müvafiq qanunvericiliklə müəyyən edilib. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, elektron ticarət çərçivəsində təqdim edilən iş və xidmətlərə elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi, eləcə də internet vasitəsilə göstərilən digər oxşar xidmətlər aiddir.

Əlavə olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

Qeydiyyata alınmış şirkətlər ABŞ-nin "Anthropic, PBC” və "Aghanim Inc.”, İsveçrənin "eBay Marketplaces GmbH”, eləcə də Niderlandın "Netflix International B.V.” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər