Mojo.az Banner
16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp: "Kubanı ələ keçirmək şərəfi mənə məxsus olacaq"

17.03.2026 12:39 828
Tramp:
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kubanı ələ keçirmək şərəfi ona məxsus olacaq.

Median.Az
TASS-a istinadən verdiyi xəbərə görə, o bu açıqlamanı Ağ Evin Oval Ofisində jurnalistlərin suallarını cavablandırarkən verib.

"Mən həqiqətən inanıram ki, Kubanı ələ keçirmək şərəfi mənə məxsus olacaq. Bu, yaxşı olardı. Böyük bir şərəf olardı", - deyə Ağ Ev lideri bildirib. "Kubanı ələ keçirmək" deməklə nəyi nəzərdə tutduğunu soruşduqda, Tramp müsbət cavab verib. "Bəli, ələ keçirmək, hər hansı formada olursa olsun. Yəni onu azad etsəm də, ələ keçirsəm də, həqiqəti bilmək istəyirsinizsə, onunla istədiyimi edə bilərəm", - deyə o qeyd edib.

O, Kubanı Venesueladakı, yoxsa İrandakı vəziyyətə daha yaxın bir ssenarinin gözlədiyini dəqiqləşdirməkdən imtina edib.

"Bunu sizə deyə bilmərəm. Sizə deyə bilərəm ki, onlar (Havanadakı hakimiyyət - red.) bizimlə danışıqlar aparırlar", - deyə Tramp əlavə edib.

Xatırladaq ki, martın 13-də Kuba Prezidenti Migel Dias-Kanel Havana və Vaşinqton arasında danışıqlar aparıldığını elan edib. Dövlət başçısı qeyd edib ki, dialoqun məqsədi problemlərin həlli yollarını tapmaq, eləcə də hər iki ölkənin xalqlarının rifahı naminə konkret tədbirlər görmək istəyini müəyyən etmək və təhdidlərə qarşı mübarizə aparmaq, təhlükəsizlik və sülhü təmin etmək üçün əməkdaşlıq sahələrini müəyyən etməkdir. Dias-Kanel əlavə edib ki, Kuba bu prosesi hər iki ölkənin siyasi sistemlərinə bərabərlik və hörmət əsasında, eləcə də Havana hökumətinin suverenliyi və öz müqəddəratını təyin etməsi əsasında həyata keçirməyə hazırdır.скачать dle 11.3
Mojo.az Banner