Mojo.az Banner
20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

PKK atəşkəs elan etdiyini açıqladı: "Öcalanın çağırışına əməl edirik"

01.03.2025 15:04 1 134
PKK atəşkəs elan etdiyini açıqladı:
Terror təşkilatı PKK atəşkəs elan edib.

Bu barədə qondarma PKK İcraiyyə Komitəsi bəyanat yayıb.

Açıqlamada təşkilatın rəhbəri Abdullah Öcalanın çağırışına əməl edildiyi bildirilib.

"Aponun (Abdullah Öcalan) sülh və demokratik cəmiyyətə çağırışının həyata keçirilməsinə zəmin yaratmaq üçün bu gündən etibarən qüvvəyə minən atəşkəs elan edirik", - deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, İmralı həbsxanasında olan Abdullah Öcalan bir müddət əvvəl bununla bağlı çağırış edib. Onun bəyanatını DEM Partiyasının İmralı heyəti yayıb.

Bildirilir ki, Öcalan PKK-nın artıq məqsədini itirdiyini və təşkilatın özünü buraxmasının zəruri olduğunu vurğulayıb.

"Cənab Dövlət Bağçalının etdiyi çağırış, cənab prezidentin iradəsi və digər siyasi partiyaların çağırışa müsbət yanaşmaları ilə yaradılan bu mühitdə tərk-silaha çağırır və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm", - deyə Öcalan bildirib.

Onun bu mesajı 27 fevralda İstanbulda keçirilən mətbuat konfransında ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, proses MHP lideri Dövlət Bağçalının 22 oktyabr 2024-cü ildə etdiyi açıqlamadan sonra başlayıb. O, Öcalanın TBMM-də danışaraq təşkilatın sona çatdığını elan etməsinə çağırış etmişdi. Ardınca DEM Partiyasına Öcalanla görüş icazəsi verilməsi gündəmə gəlib.

2024-cü ilin noyabrın 26-da DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Ədliyyə Nazirliyinə İmralıda Öcalanla görüşmək üçün müraciət etdi və dekabrın 27-də nazirlik bu müraciətə müsbət cavab verdi. İlk görüş 28 dekabrda, ikinci görüş isə cari ilin yanvarın 22-də baş tutdu.

Bu müddət ərzində DEM Partiyası müxtəlif siyasi partiyalarla, eləcə də 16-17 fevral tarixlərində İraq Kürd Regional Rəhbərliyi və Kürd siyasi liderləri ilə görüşlər keçirib. Nəticədə Öcalanın çağırışı əsasında Kandil atəşkəs elan etdiyini bildirib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner