Mojo.az Banner
19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Zelenski Ərdoğana təşəkkür etdi

18.02.2025 21:31 1 593
Zelenski Ərdoğana təşəkkür etdi
Hazırda Ankarada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında açıqlamalar verib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Ukrayna dövlət başçısı türkiyəli həmkarına təşəkkür edib.

"Türkiyədə adət etdiyimiz qonaqpərvərlikdən məmnunam. Münasibətlərimiz həmişə yüksək səviyyədədir. Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində həmişə çox önəmli olub. Biz bütün qlobal prosesləri ətraflı müzakirə etdik. Müharibəni etibarlı və davamlı sülhlə başa vurmaq üçün heç bir səhvə yol verməməliyik. Danışıqlar ədalətli olarsa, Ukrayna, ABŞ və Avropa masa arxasında olarsa, bütün ölkələrin iştirakı ilə təminatlar hazırlanacaq. Bu ölkələr arasında Türkiyə də var. Bu anlayışa görə Ərdoğana minnətdaram", - deyə Zelenski bildirib.

Prezident Ərdoğan da çıxışında müharibənin artıq sona çatmalı olduğunu vurğulayıb.

"Zelenskinin səfəri müharibənin fundamental dinamikasının əhəmiyyətli dəyişikliyə məruz qaldığı bir vaxta təsadüf edir. Müharibədə qalib, sülhdə uduzan olmayacağı anlayışı ilə tərəflər arasında sülhün bərqərar olması üçün çox səy göstərdik. Müharibənin tez və danışıqlar yolu ilə başa çatdırılması üçün Trampın irəli sürdüyü diplomatik təşəbbüs var. Bu yanaşma Türkiyənin siyasəti ilə üst-üstə düşür. Bu müharibə artıq bitməlidir", - Ərdoğan bəyan edib.скачать dle 11.3
Mojo.az Banner