Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi

16.09.2026 16:56 714
Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi
Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarında edilən yeni dəyişiklik vətəndaşların xaricdən gətirdiyi və ya onlayn sifariş etdiyi məhsullara da təsir göstərəcək. Xüsusilə fiziki şəxslərin kommersiya məqsədi daşımayan mallarının bəyan edilməsi ilə bağlı prosedurların dəqiqləşdirilməsi diqqət çəkir. Yeni qaydalarla müşayiət olunan və müşayiət olunmayan baqajla gətirilən mallar üçün fərqli bəyannamə prosedurları müəyyənləşdirilir. Bu isə vətəndaşların gömrük rəsmiləşdirilməsi zamanı hansı qaydalara əməl etməli olduğu ilə bağlı suallar yaradır.

Yeni dəyişiklik adi vətəndaş üçün praktik olaraq nəyi dəyişir? Xaricdən onlayn alış-veriş edən və ya ölkəyə şəxsi istifadə üçün mal gətirən şəxslər bundan sonra hansı hallarda bəyannamə doldurmalı və hansı prosedura əməl etməlidirlər?

Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu dəyişiklik adi vətəndaş üçün yeni gömrük öhdəliyinin yaradılmasından daha çox, mövcud bəyanetmə prosedurunun dəqiqləşdirilməsi deməkdir:

“Nazirlər Kabinetinin 9 sentyabr 2026-cı il tarixli 281 nömrəli qərarı ilə əsas yenilik müşayiət olunan və müşayiət olunmayan baqajla gətirilən malların bəyan edilməsi üçün fərqli prosedurların müəyyənləşdirilməsidir. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək. Xaricdən şəxsi istifadə üçün mal gətirən vətəndaş üçün əsas prinsip dəyişmir, malın istehsal və ya kommersiya məqsədi daşımaması və mövcud güzəşt hədləri daxilində olması vacibdir. Belə malların bəyan edilməsi tələb olunduğu hallarda sadələşdirilmiş bəyannamədən istifadə edilir. Əl yükündə və müşayiət olunan baqajda gətirilən mallar üzrə bəyannamə mallar gömrük orqanına təqdim edilərkən verilir. Müşayiət olunmayan baqaj üçün isə bundan sonra ayrıca sadələşdirilmiş bəyannamə forması tətbiq ediləcək. Onlayn alış-veriş edən vətəndaşlar üçün də bu dəyişiklik əhəmiyyətlidir. Beynəlxalq poçt və ya daşıyıcı şirkət vasitəsilə şəxsin adına ay ərzində ümumi gömrük dəyəri 300 ABŞ dollarını keçməyən mallar güzəştli qaydada bəyan edilərək gətirilə bilər. Burada əsas məsələ bəyannamənin doldurulması ilə yanaşı, malın dəyərinin və xarakterinin düzgün göstərilməsidir”.
Onun sözlərinə görə, vətəndaş xaricdən internet vasitəsilə şəxsi istifadə üçün geyim, elektronika və digər məhsullar sifariş edirsə, onun üçün əsas diqqət yetiriləsi məsələ sifarişin dəyərinin və ay ərzindəki ümumi alışların müəyyən edilmiş hədlərə uyğun olub-olmamasıdır:

“Məhsulun kommersiya xarakteri daşıdığı, yəni satış məqsədilə gətirildiyi təsəvvürü yaranarsa, artıq fiziki şəxslər üçün nəzərdə tutulan sadələşdirilmiş rejimdən söhbət gedə bilməz. Yeni qaydanın müsbət tərəfi ondan ibarətdir ki, əvvəllər eyni sadələşdirilmiş bəyannamə yanaşması ilə tənzimlənən müxtəlif vəziyyətlər daha aydın şəkildə ayrılır. Xüsusilə müşayiət olunmayan baqaj üçün ayrıca forma müəyyənləşdirilməsi həm vətəndaşın hansı sənədi təqdim etməli olduğunu dəqiqləşdirir, həm də gömrük orqanlarının məlumatları daha düzgün emal etməsinə imkan verir. Dövlət Gömrük Komitəsi də dəyişikliklərin elektron xidmət imkanlarını genişləndirməyə, rəsmiləşdirməni sürətləndirməyə və vətəndaşların seçim imkanlarını artırmağa yönəldiyini bildirir”.

İqtisadçı sonda qeyd edib ki, ona görə də bunu vətəndaş üçün əlavə bürokratik yükdən daha çox, prosedurların texniki baxımdan dəqiqləşdirilməsi kimi qiymətləndirmək olar:

“Lakin qaydaların real mənada sadələşdirilməsi onların elektron formada nə qədər rahat tətbiq olunacağından asılı olacaq. Vətəndaş eyni məlumatları təkrar-təkrar təqdim etməli olmayacaqsa, bəyannamə elektron şəkildə asan doldurulacaqsa və ödəniş və rəsmiləşdirmə mərhələləri avtomatlaşdırılacaqsa, dəyişiklik praktik olaraq ciddi rahatlıq yaradacaq. Əks halda sadəcə yeni bəyannamə formasının tətbiqi vətəndaş üçün böyük fərq yaratmaya bilər. Burada bir vacib məqam da odur ki, yeni qərar qüvvəyə minən kimi bütün şəxsi əşyaların avtomatik olaraq bəyannaməsiz keçirilməsi anlamına gəlmir. Bəyan edilməli mallarla bağlı mövcud tələblər, o cümlədən mobil cihazlar kimi xüsusi qaydalara tabe olan mallar üzrə öhdəliklər qüvvədə qalır”.

Aysel

Son xəbərlər