Mojo.az Banner
21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi

23.11.2024 14:13 1 341
Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi
Bakı şəhərinin yol infrastrukturu və hərəkət təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik həyata keçirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişikliklər edilib.

Layihənin icrasından əvvəl, 8 Noyabr prospektindən Qədir Məmmədov küçəsinə sola dönmək mümkün deyildi. Eyni zamanda, Qədir Məmmədov küçəsindən sola dönərək 8 Noyabr prospekti ilə hərəkət etmək mümkün olmurdu.

Yeni layihənin icrasından sonra, işıqfor obyektləri quraşdırılaraq hərəkətin təhlükəsiz və rahat təşkili təmin edilib.

Bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner