Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər

22.09.2026 20:34 354
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
Ali məktəbə yüksək balla qəbul olunan, lakin təhsil almaq üçün başqa şəhərə köçməli olan tələbələrin qarşılaşdığı əsas problemlərdən biri yaşayış xərcləridir. Xüsusilə Bakıda və digər böyük şəhərlərdə kirayə qiymətlərinin yüksək olması ailələr üçün əlavə maliyyə yükü yaradır.

Bəs yüksək nəticə göstərən və maddi imkanları məhdud olan tələbələrin kirayə xərclərinin dövlət tərəfindən qarşılanması və ya onlara bu məqsədlə maddi dəstək göstərilməsi mümkündürmü?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bu məsələni müzakirə etməyə dəyər deyib.

"Xüsusilə yüksək nəticə göstərərək ali məktəbə qəbul olunan, lakin universitet başqa şəhərdə yerləşdiyi üçün ailəsindən ayrı yaşamaq məcburiyyətində qalan tələbələrin yaşayış xərcləri ciddi yükə çevrilə bilir.

Hazırda yüksək balla ali məktəbə qəbul olunmaq bütün tələbələr üçün avtomatik olaraq kirayə haqqının dövlət tərəfindən ödənilməsi hüququ yaratmır. Bununla belə, Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan müəyyən kateqoriyadan olan gənclərin təhsil , o cümlədən yataqxana imkanı olmadıqda ev kirayəsi xərclərinə dəstək göstərilməsini nəzərdə tutan mexanizmlər mövcuddur. Yəni belə bir model hüquqi və maliyyə baxımından tamamilə yad yanaşma deyil.

Mən hesab edirəm ki, bunu daha geniş və hədəflənmiş formada tətbiq etmək mümkündür. Məsələn, yüksək bal toplayaraq dövlət universitetinə qəbul olunan, daimi yaşayış yeri universitetin yerləşdiyi şəhərdən kənarda olan və ailəsinin maddi vəziyyəti müəyyən meyarlara cavab verən tələbələr üçün aylıq "yaşayış dəstəyi" müəyyən edilə bilər. Burada bütün kirayə haqqının ödənilməsi vacib deyil. Dövlət, məsələn, kirayə xərcinin müəyyən hissəsini kompensasiya edə və ya tələbəyə sabit aylıq məbləğ verə bilər.

Belə bir sistemdə əsas meyar yalnız yüksək bal olmamalıdır. Tələbənin ailəsinin gəliri, başqa şəhərdən gəlməsi, yataqxana imkanının olub-olmaması və sonrakı akademik göstəriciləri də nəzərə alınmalıdır. Əks halda, eyni yüksək balı toplayan, lakin maddi imkanları tamamilə fərqli olan iki tələbəyə eyni formada dəstək göstərilməsi sosial baxımdan ədalətli olmaz", - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə ümumiyyətlə, yüksək nəticə göstərən tələbəni yalnız universitetə qəbul olduğu gün mükafatlandırmaqla kifayətlənməməliyik:

"Hazırda ən yüksək nəticə göstərən tələbələr üçün Prezident təqaüdü də mövcuddur və onun məbləği 1 sentyabr 2025-ci ildən 350 manat müəyyən edilib. Lakin regiondan Bakıya və ya başqa böyük şəhərə gələn tələbə üçün əsas problemlərdən biri məhz yaşayışdır.

Uzunmüddətli həll isə tələbə yataqxanalarının sayının artırılmasıdır. Dövlət universitetlərinin kifayət qədər və münasib qiymətli yataqxana fondu olarsa, kirayə kompensasiyasına ehtiyac da xeyli azalacaq. Yataqxana çatışmazlığı aradan qaldırılanadək isə aztəminatlı və yüksək nəticə göstərən tələbələr üçün kirayə və ya yaşayış subsidiyasının tətbiqi faydalı sosial dəstək mexanizmi ola bilər".

Son xəbərlər