Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR

22.09.2026 20:17 441
Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub.

Median.Az "Yeni Sabah”a istinadla xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır — dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədilə nikahın bağlanmasına müəyyən hüquqi məhdudiyyətlər tətbiq edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi şəxslərin öz arzuları olsa belə, hansı hallarda evlənməyin mümkün olmadığını dəqiq şəkildə müəyyənləşdirib.

Aşağıda Azərbaycan qanunvericiliyinə əsasən nikahın bağlanmasına maneçilik törədən halları və əsas tələbləri diqqətinizə çatdırırıq. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın kəsilməsinə qətiyyən yol verilmir:

1. Qohumluq əlaqələri və ilkin nikah

Mövcud nikahın olması: Tərəflərdən birinin və ya hər ikisinin əvvəlki nikahı rəsmi qaydada pozulmayıbsa, ikinci rəsmi nikahın bağlanması mümkün deyil.

Yaxın qohumluq əlaqələri:

Valideynlər və uşaqlar, babalar/nənələr və nəvələr;

Doğma və ögey (ümumi atası və ya anası olan) qardaşlar və bacılar.

Əmi, dayı, xala və bibi uşaqları arasında nikah: Ailə Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 2025-ci il iyulun 1-dən tətbiq edilən qadağaya uyğun olaraq, bioloji qohum olan əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı, dayıoğlu-dayıqızı və bibioğlu-bibiqızı arasında nikahın kəsilməsi tam qadağandır.

Övladlığa götürmə münasibətləri: Övladlığa götürənlər ilə övladlığa götürülənlər arasında nikah bağlana bilməz.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi: Psixi pozuntu nəticəsində məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin nikaha daxil olmasına izin verilmir.

2. Yaş həddi

Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı həm kişilər, həm də qadınlar üçün istisnasız olaraq 18 yaş müəyyən edilib. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, nikah yaşının üzrlü səbəblərdən 1 il azaldılması qaydası ləğv edilib. Hətta hamiləlik və ya digər müstəsna hallar olduqda belə, 18 yaşına çatmayan şəxslərin nikaha daxil olmasına qətiyyən yol verilmir.

3. Tibbi müayinə məcburiyyəti

Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslər mütləq qaydada pulsuz tibbi müayinədən keçməlidir. Burada əsas məqsəd tərəfləri bir-birinin sağlamlıq vəziyyəti haqqında məlumatlandırmaqdır. Xəstəliyin (məsələn, İİV/QİÇS, zöhrəvi xəstəliklər və s.) olması avtomatik olaraq nikaha qadağa qoymur. Lakin nikaha daxil olan şəxs özündə bu kimi təhlükəli xəstəliklərin olduğunu qarşı tərəfdən gizlədərsə, aldadılan tərəf sonradan məhkəməyə müraciət edərək nikahın etibarsız sayılmasını tələb edə bilər.

Son xəbərlər