Mojo.az Banner
16:49 Böyürtkən yığan qadınlar niyə cərimələnib?— Qanun nə deyir? - ARAŞDIRMA  |     16:35 Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu  |     16:23 Öz səsimizi niyə bəyənmirik? -Elmi səbəbi  |     16:06 Bakıda oğurluq edən şəxs saxlanıldı  |     15:50 İki gün əvvəl meyiti tapılan qadın Kamilə Babayevanın anası imiş  |     15:44 Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?  |     15:24 Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək  |     15:22 Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər  |     15:21 Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır  |     15:14 Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!  |     13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |    
Left Banner
Right Banner

Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinə dair qanunvericiliyə təkliflər hazırlanır

12.03.2025 19:40 801
Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinə dair qanunvericiliyə təkliflər hazırlanır
Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbitini tapması ilə bağlı təklfilər hazırlayır.

Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, nikahın pozulması üçün Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət tövsiyəsi tətbiq edilir:

“Təcrübə göstərir ki, cütlüklərin 20 faizi psixoloqa müraciət etdikdən sonra nikahın pozulmasından imtina edir. Buna görə, məsələnin qanunvericilikdə təsbiti üçün təkliflər hazırlanır”.
//reportскачать dle 11.3
Mojo.az Banner