Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

"Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi

22.09.2026 20:55 324
Çinin texnologiya nəhəngi "Alibaba" süni intellekt (AI) sahəsində yeni çipini təqdim edib. Şirkət “Zhenwu V900” adlı prosessorun hazırda Çində hazırlanmış ən güclü süni intellekt çipi olduğunu bildirir.

"Alibaba"nın baş icraçı direktoru Eddi Vu yeni çipi şirkətin Hançjou şəhərində keçirilən illik Apsara konfransında təqdim edib. Onun sözlərinə görə, “Zhenwu V900” əvvəlki nəsil “Zhenwu M890” ilə müqayisədə təxminən üç dəfə yüksək məhsuldarlıq təmin edir. Çip 500 minədək vahiddən ibarət klasterlər şəklində birləşdirilərək böyük və mürəkkəb süni intellekt modellərinin hazırlanmasında istifadə oluna bilər.

Şirkət V900-ün kütləvi istehsalına və kommersiya istifadəsinə 2027-ci ilin birinci rübündə başlanmasını planlaşdırır. "Alibaba" çipi özünün T-Head bölməsi vasitəsilə hazırlayıb.

"Alibaba" AI modelini də böyüdür

Şirkət yalnız çip istehsalı ilə kifayətlənmir. "Alibaba" 5 trilyondan 10 trilyona qədər parametrə malik yeni süni intellekt modeli üzərində işləməyi planlaşdırdığını açıqlayıb.

Müqayisə üçün, şirkətin hazırkı Qwen 3.8 Max modelinin 2,4 trilyon parametrə malik olduğu bildirilir. Parametrlər AI modelinin təlim zamanı öyrəndiyi nümunələri və əlaqələri müəyyən edən daxili dəyişənlərdir; parametr sayının artması modelin miqyası barədə göstəricilərdən biri hesab olunur.

"Alibaba" həmçinin Qwen komandasında modellərin özünü təkmilləşdirməsi istiqamətində araşdırmalar aparıldığını açıqlayıb.

Məlumat mərkəzlərinə milyardlarla dollarlıq genişlənmə

Yeni çip "Alibaba"nın daha geniş AI strategiyasının bir hissəsidir. Şirkət Alibaba "Cloud"un qlobal məlumat mərkəzlərinin ümumi gücünü 2032-ci ilə qədər 20 giqavatdan yuxarı səviyyəyə çatdırmağı planlaşdırır. Bu hədəf süni intellekt xidmətlərinə artan hesablama tələbatını qarşılamaq məqsədi daşıyır.

Alibaba son illərdə AI modelləri və çiplərinə böyük həcmdə investisiya yatırıb. Bununla yanaşı, "Reuters"in məlumatına görə, AI investisiyaları şirkətin maliyyə nəticələrinə də təsir göstərib: son rübdə xalis mənfəət marja təzyiqi fonunda 75% azalıb. Eyni zamanda AI bulud və hesablama xidmətlərindən əldə olunan gəlirlər əhəmiyyətli dərəcədə artıb.
//qaynar.az

Son xəbərlər