Mojo.az Banner
21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq

03.11.2021 13:41 1 749
Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq
Bu gün uşaqlar arasında öskürək, qusma, halsızlıq, ishal kimi əlamətlərlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Lakin çox uşaqlarda bu əlamətlər müşahidə edilsə də, hərarətin yüksəlməsinə səbəb olmur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov bildirib ki, hazırda uşaqlarda müşahidə edilən xəstəliyin konkret hansı virusdan qaynaqlandığını demək çətindir, ancaq bunlar əsasən üst tənəffüs yolları infeksiyasına aiddir:

“Misal üçün rhinoviruslar çox yüksək qızdırma vermirlər, daha çox burun axıntısı, öskürək kimi üst tənəffüs yolu infeksiyaları yaradırlar. Parainfluenza adlanan qripə bənzər virus da bu cür şikayətlərə səbəb ola bilər. Yəni müayinə aparmadan hansı virusun olmasını dəqiq demək mümkün olmur. Lakin qış fəslinə keçdikcə, havalar soyuduqca üst tənəffüs yolu infeksiyaları çoxalır və onların bir çoxunda əlamətlər eyni olur. Bəziləri qızdırma ilə müşayiət olunur, bəzilərində isə temperatur çox da yüksəlmir”.скачать dle 11.3
Mojo.az Banner