Mojo.az Banner
12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç ərəb ölkəsi Livan səfirini qovub

30.10.2021 18:25 2 208
Üç ərəb ölkəsi Livan səfirini qovub
"Livan hakimiyyəti körfəzdəki ərəb ölkələri və Səudiyyə Ərəbistanı ilə yaranmış münaqişəni diplomatik yolla həll etməyə çalışır".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Buhabib bildirib.

O, Xarici İşlər Nazirliyinin təcili iclasından sonra jurnalistlərə açıqlamasında Livanın ərəb dünyası və Səudiyyə Ərəbistanı qarşısında öhdəliyinə sadiq qaldığını xatırladıb: "Yaranmış münaqişəni həll edəcəyimizə ümidvarıq. Münaqişənin həllinə yardım etmək üçün ABŞ-dan da nümayəndə dəvət edilmişdi".

Xatırladaq ki, oktyabrın 29-da Səudiyyə Ərəbistanı Livanın Ər-Riyaddakı səfiri Fevzi Kabbaranı “persona-non qrata” (“arzuedilməz şəxs”) elan edib.

Bildirilib ki, krallıq Fevzi Kabbaranıya ölkəni tərk etmək üçün 48 saat möhlət verib. Səudiyyə Ərəbistan Beyrutdakı səfiri Vəlid bin Abdullah əl-Buxarini məsləhətləşmələr üçün geri çağrıb.

Livanın informasiya naziri George Kardahinin “Yəməndəki müharibəyə səbəb Səudiyyənin hücumudur” deməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

Livanın Baş naziri Nəcib Mikati isə deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətləri var. Hökumət başçısının bəyanatına rəsmi Ər-Riyada hələlik şərh etməyib.

Xatırladaq ki, Küveyt və Bəhreyn Xarici İşlər nazirlikləri də George Kardahinin çıxışına etiraz olaraq Livan səfirini “arzuedilməz şəxs" elan edərək ona ölkələrini tərk etmək üçün 48 saat möhlət verib.скачать dle 11.3
Mojo.az Banner