Mojo.az Banner
13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız: “Dedi heç kimə demə” - VİDEO

30.10.2021 14:38 7 350
İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız: “Dedi heç kimə demə” - VİDEO
İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın danışması ilə bağlı görüntülər yayılıb.

Mövzu ilə bağlı ARB süjet hazırlayıb.

Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını çatdırdığını deyib: “Dedi ki, heç kimə demə”.

Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.

Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.

Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.

Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.скачать dle 11.3
Mojo.az Banner