Mojo.az Banner
14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan gömrükçüləri 18 kiloqramdan çox qızıl-zinət əşyaları müsadirə edib

28.10.2021 17:18 2 031
Azərbaycan gömrükçüləri 18 kiloqramdan çox qızıl-zinət əşyaları müsadirə edib
Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumata görə, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, ölkəyə Gürcüstandan “çipsi” yükü gətirən “Mercedes-Benz” markalı avtomobil “Qırmızı Körpü” gömrük postuna daxil olub.

Yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun terminalında saxlanılıb.

Beləliklə, gün ərzində sürücünün avtomobilin alt hissəsində, şübhəli cizgilərin qeydə alındığı yerdə hərəkəti müşahidə olunub. Dərhal müdaxilə nəticəsində saxlanılan sürücünün əlində bağlamalar olduğu müəyyən edilib. Nəqliyyat vasitəsinin alt hissəsinə baxış zamanı isə hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum olub.

Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb.

Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner