Mojo.az Banner
21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

“Instagram” texniki nasazlıqlarla bağlı yeni funksiya hazırlayır

13.10.2021 13:00 1 725
“Instagram” texniki nasazlıqlarla bağlı yeni funksiya hazırlayır
“Instagram” sosial şəbəkəsi istifadəçilərini texniki nasazlıqlar barədə məlumatlandıracaq.

Bu barədə sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.

“Nasazlıq və ya texniki problemlə qarşılaşdığımız zaman, həmçinin onların aradan qaldırılması zaman sizi xəbərdar edəcək yeni bir xüsusiyyəti sınaqdan keçiririk”, - deyə mesajda bildirilir.

Sosial şəbəkələrdə bildirişlər yalnız xeyli sayda istifadəçi üçün nəzərə çarpan böyük problemlər olduqda göndəriləcək.

Yeniliyin yoxlanılmasının bir neçə ay çəkəcəyi gözlənilir.

Bundan əlavə, şirkət istifadəçilərə yayımladıqları məzmunun sosial şəbəkə qaydalarına zidd ola biləcəyi ilə bağlı xəbərdarlıqlar etmək niyyətindədir. Bunu üçün tətbiqdə yeni “akkaunt statusu” nişanı görünəcək.

Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər oktyabrın 4-də təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. “Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberg isə təxminən yeddi milyard dollar pul itirib.

Onu da qeyd edək ki, “Facebook”dakı nasazlıqdan sonra “Twitter”, “Google”, “Amazon” “YouTube”, “Viber”, “Tinder”, “Netflix”, “Zoom” və “Snapchat”ın da işində nasazlıqlar yaranmışdı.скачать dle 11.3
Mojo.az Banner