Mojo.az Banner
12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Telman İsmayılov iki aylıq həbs olunub

02.10.2021 19:30 1 707
Telman İsmayılov iki aylıq həbs olunub
Monteneqroda saxlanılan Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu T. İsmayılovun vəkili Marina Rusakova deyib.

Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib:

“Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”

Vəkil bildirib ki, Monteneqro hökuməti T. İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.

Qeyd edək ki, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.скачать dle 11.3
Mojo.az Banner