Mojo.az Banner
20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən Saatlıda həbs edilən aksiya iştirakçısı ilə bağlı AÇIQLAMA

29.09.2021 16:26 1 461
DİN-dən Saatlıda həbs edilən aksiya iştirakçısı ilə bağlı AÇIQLAMA
Saatlıda kəndə su verilmədiyi üçün etiraz edən şəxs saxlanılıb.

Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. İddia edilir ki, rayonun Orta Muğan kəndində kənd camaatı kəndə su verilmədiyi üçün etiraz aksiyası keçirib.

Aksiyada iştirak edən Asim Ağayev adlı şəxs Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona 10 sutka həbs verilib.

Məsələ ilə bağlı Oxu.Az-a məlumat verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxlanılan şəxs ictimai qaydanı pozub:

“Asim Ağayevin saxlanılması ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərməsi ilə əlaqədar olub. Həmin hərəkətlərdə xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə A.Ağayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 10 sutka müddətində inzibati qaydada həbs edilib”.скачать dle 11.3
Mojo.az Banner