Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın etno-caz qrupu beynəlxalq festivalda iştirak etdi - FOTO

05.09.2019 21:52 1 329
Azərbaycanın etno-caz qrupu beynəlxalq festivalda iştirak etdi - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə "Dünya musiqiləri - 2019" etnik festivalı (10-11 avqust) keçirilib.

Festival Moskva və Sankt-Peterburq şəhərləri ilə yanaşı, Rusiyanın digər regionlarından və müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri bir araya gətirir. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir. Festival həmçinin müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini də əks etdirir.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" etno-caz qrupu təmsil edib. Musiqi qrupunun tərkibinə Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.

Festival haqqında təəssüratlarını bölüşən Xalq artisti Mircavad Cəfərov azərbaycanlı musiqiçilərin tədbirin açılış günündə səhnəyə çıxdıqlarını deyib: "Rusiyada bizi hər zaman böyük sevgi ilə qarşılayıblar. 90-cı illərdən mütəmadi olaraq bu ölkədə müxtəlif tədbir və festivallarda iştirak etmişik və həmişə də eyni istiliklə qarşılanmışıq. Kollektivimizin səmimi münasibətinin əsas səbəblərindən biri də məhz caz-muğam janrında çıxışlarımızdır. Bu unikal sintez vasitəsilə musiqimizin bütün zənginliyini nümayiş etdirmiş oluruq. Festivalda bu dəfə də "Cəngi" öz mahir ifası ilə tamaşaçıları heyran etdi. Güclü alqışlar və minnətdarlıq sədaları ilə yekunlaşan konsertimizə rəhbərlik edən texniki heyət də bizə gözəl musiqimizə görə təşəkkür etdi. Bu da bir daha musiqinin xalqları birləşdirməsinin gözəl nümunəsi idi".

Qeyd edək ki, Mircavad Cəfərov "Dünya musiqiləri - 2019" festivalı çərçivəsində 150 nəfərlik auditoriya qarşısında ustad dərsləri də keçib. Ustad dərslərində Azərbaycan milli musiqi alətlərindən bəhs edilib.

"Cəngi" etno-caz qrupunun Rusiyaya növbəti səfəri oktyabr ayında reallaşacaq. Kollektiv bu dəfə Həştərxanda keçiriləcək Beynəlxalq Caz Festivalında ölkəmizi təmsil edəcək.

Son xəbərlər