Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir bəzəklə tarixə düşən Pir Hüseyn xanəgahı: ermənilər buradan da oğurluq edib - FOTO

05.09.2019 14:14 3 868
Bir bəzəklə tarixə düşən Pir Hüseyn xanəgahı: ermənilər buradan da oğurluq edib - FOTO
Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı rayonun Pirsaat su anbarının yaxınlığında, qədim Bakı-Salyan ticarət-karvan yolunun üzərində yerləşir.

Xanəgah böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda fəlsəfi fikir tarixində İslam dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Hüseyn Şirvaninin məzarı ətrafında salınıb.

Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansara, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir.

Pir Hüseyn türbəsinin bütün daxili divarları və otaqların içərisindəki qəbir sənduqəsi vaxtı ilə bədii ustalıqla düzəldilmiş kaşı ilə bəzədilib.

Taixçi, tədqiqatçı Mübariz Xəlilovun dediyinə görə, Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun kaşı bəzəyi olub.

1906-cı ildə xanəgahda tədqiqat işləri aparan Ter Avetisyan kaşıların bir hissəsini oğurlayaraq aparıb. 1913-cü ildə Parisdən xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu kaşıların əksər hissəsini qopararaq, Parisdə hərraca çıxarıb.

Xanəgahın həyətindəki su quyuları isə orta əsrlərdə inşa edilib. Bir-biri ilə yanaşı olan iki quyuda su həmişə eyni vəziyyətdə qalır.

Pir Hüseyn xanəgahının çox hissəsi 1918-ci lidə Lalayanın quldur dəstələri tərəfindən dağıdılıb. 2003-cü ildə Pir bərpa edilib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xanəgah tarixi memarlıq qoruğu elan edilib.





Son xəbərlər