Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır |
Mojo.az Avto
Mojo.az Avto

"Azərbaycanın Tac Mahalı" təmir edildi - FOTO

02.08.2019 23:30 1 708
Qusar rayonunun Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan qədim məscid əsaslı təmirdən sonra istifadəyə verilib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, xarici görünüşünə görə Hindistandakı məşhur Tac Mahala bənzədilən ikimərtəbəli tikili 1912-ci ildə tikilib.

Bərpa işləri zamanı binanın çöl divarları suvanıb, qapı və pəncərələr və dam örtüyü yenilənib. Qədim məscidin əvvəlki görünüşü tamamilə qorunub.

Hil kəndində hündür yerdə inşa olunan məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları müxtəlif ornamentlərlə bəzədilib. Məscidin ikinci mərtəbəsi qadınların ibadət etməsi üçün nəzərdə tutulub.

Qusarın ən böyük kəndlərindən sayılan Hil rayon mərkəzindən 17 kilometr məsafədə yerləşir. Bu kənd 1960-cı illərə qədər rayon mərkəzi olub.

Son xəbərlər