Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Salyanda qəzalı vəziyyətə düşən 111 yaşlı məscid təmir olunacaq

11.10.2025 18:46 747
Salyanda qəzalı vəziyyətə düşən 111 yaşlı məscid təmir olunacaq
Salyanda keçmiş "Kolxoz bazarı" ərazisində yerləşən 111 yaşlı məsciddə əsaslı təmir işləri aparılacaq.

Haqqında danışılan məscid 1914-cü ildə Salyanın zəngin tacirlərindən olan Hacı Səməd Ələkbərov tərəfindən inşa edilib.

Təxminən 400 nəfər üçün nəzərdə tutulmuş məsciddə möminlər 1920-ci ilin aprelində baş verən bolşevik işğalına qədər ibadətlə məşğul olublar.

Sovet hakimiyyəti dövründə fəaliyyəti dayandırılan məscid sonrakı illərdə anbar kimi və digər təyinatlar üzrə istifadə edilib. Uzun illər baxımsız qalan yerli əhəmiyyətli tarixi bina hazırda qəzalı vəziyyətə düşüb. Qırmızı kərpicdən tikilmiş binanın divarları eroziyaya uğrayıb, otaqların qapı-pəncərəsi çıxarılıb, yaxud kilidlənib.

Məscidin bu vəziyyətə düşməsi rayon sakinlərinin narahatlığına səbəb olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan rayon nahiyəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, sözügedən məscid qurumun balansında olmadığı üçün bu məsələyə müdaxilə etmək imkanları yoxdur.

Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, Hacı Səməd məscidinin yerləşdiyi keçmiş "Kolxoz bazarı"nın ərazisi ötən əsrin 90-cı illərinin ortalarında şirkətlərdən biri tərəfindən özəlləşdirilib.

Nəzərdə tutulan şirkətdən isə bildirilib ki, yararsız vəziyyətdə olan məscid binasında yaxın günlərdə əsaslı təmir işlərinə başlanacaq.скачать dle 11.3
Mojo.az Banner