Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə hotelində hovuzda qəza keçirmiş qız öldü - VİDEO

29.08.2019 11:21 3 697
Türkiyə hotelində hovuzda qəza keçirmiş qız öldü - VİDEO
Bodrum hotellərindən birinin hovuzunda xəsarət alan rusiyalı balaca qızcığaz xəstəxanada dünyasını dəyişib.

Bu barədə "VKontakte" sosial şəbəkəsindəki səhifəsində uşağın atası Andris Leikutsis məlumat paylaşıb:

"Saat dörddə Aliska vəfat etdi. Birtəhər yaşamalıyıq".

O, bu vaxtadək ailəsinin yanında olan və onları dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

"RİA Novosti" xəbər verir ki, Rusiyanın Türkiyədəki səfirliyinin mətbuat katibi İrina Kasimova qızcığazın cənazəsinin vətənə göndərilməsi üçün lazımi köməyin göstəriləcəyini söyləyib.

Diplomat həmçinin Rusiya tərəfinin bu hadisənin istintaqının gedişatını izləməyə davam edəcəyini qeyd edib. Kasimova həmçinin bildirib ki, faciədə günahkar olanların tapılıb cinayət məsuliyyətinə cəlb olunacağı mövzusunda Türkiyə hökumətinin ədalətinə inanır.

Qeyd edək ki, ölümlə nəticələnən bədbəxt hadisə avqustun 18-də Bodrumdakı hoteldə baş verib. Balaca qız hovuzda olarkən nasos borusu onun əlini özünə çəkib. Uşaq beş dəqiqədən çox su altında qalıb və zərərçəkən hadisədən altı saat sonra xəstəxanaya gətirilib. Uşağın ürəyi bir neçə dəfə dayanıb və o, komaya düşüb. Bundan başqa, balaca Alisanın bədəni subfebril qızdırmadan alışıb-yanırmış. Qızda uzun müddət yüksək bədən hərarəti müşahidə olunub.

Son xəbərlər