Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İngiltərədə orta əsrlərə aid xəzinə aşkarlanıb

27.08.2019 20:37 3 174
İngiltərədə orta əsrlərə aid xəzinə aşkarlanıb
İngiltərənin cənub-qərbindəki Somerset qraflığında XI əsrə aid 5 milyon funt sterlinq dəyərində sikkələrdən ibarət xəzinə aşkarlanıb.

Median.Az
“The Sun”a istinadən xəbər verir ki, İngiltərənin son anqlosaks kralı İkinci Harald Qodvinsonun dövründə (1022-1066) zərb olunduğu bildirilən və yaxşı vəziyyətdə olan, hərəsi 1000-5000 funt məbləğində dəyərləndirilən sikkələri bir ər-arvad cütlüyü xüsusi cihazlar vasitəsilə taparaq polisə məlumat verib, sonra da qiymətləndirilməsi üçün Britaniya Muzeyinə göndəriblər.

Ekspertlərin fikrincə, belə bir xəzinə kral olmasa da, hər halda yüksək zümrədən olan zadəganlardan birinə məxsus ola bilərdi. “Pulların sahibi öldüyünə görə daşıya bilməyib” – deyən numizmatika eksperti Naycel Mills xəzinənin 1066-1072-ci illər arasında gömüldüyünü güman edib.

Bu xəzinənin 2009-cu ildə Birminqam yaxınlığında tapılmış, qızıl və gümüş zinət əşyalarından ibarət məşhur Staffordşir xəzinəsindən 1 milyon funt daha bahalı olduğu müəyyənləşib.

Son xəbərlər