Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar Krasnodarda atəş açıblar? - AÇIQLAMA

22.08.2019 16:46 3 475
Azərbaycanlılar Krasnodarda atəş açıblar? - AÇIQLAMA
Avqustun 21-də axşam saatlarında Krasnodar şəhərində baş vermiş silahlı qarşıdurmada azərbaycanlılar iştirak etməyiblər.

Bunu oxu.az-a "Milli Mədəniyyətlər Mərkəzi" Krasnodar Diyar İctimai Təşkilatının İdarə Heyətinin sədri Vasili Çamba azərbaycanlıların atışmada iştirak etməsinə dair şayiələri şərh edərkən deyib

Xatırladaq ki, avqustun 21-nə keçən gecə Krasnodarda şaurma köşkü qarşısında baş vermiş davada azı 10 nəfər iştirak edib. Məlumata görə, münaqişəyə səbəb maşından musiqinin yüksək səslə yayılması və kobud şəkildə irad bildirilməsi olub.

İstintaq Komitəsinin yerli idarəsindən bildiriblər ki, hadisə Stavropol küçəsində baş verib. Şəxsiyyəti hələ müəyyən edilməmiş vətəndaş nizamsız atəş açaraq 27 yaşlı kişini vurub. Həkimlər yaralını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

İki maddə üzrə cinayət işi qaldırılıb – "Bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq" və "Qətl".

V.Çamba deyib ki, ilkin məlumata görə, iki dağıstanlı və üç çeçen söhbət əsnasında yaranan məişət mübahisəsi zəminində dalaşıblar. Çeçenlər avtomat silahdan istifadə ediblər.

"Dağıstanlının biri yerindəcə ölüb, digəri isə güllə yarası alıb. Çeçenlər hadisə yerindən qaçıblar. Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır. Kubanda millətlərarası problemlər yoxdur" , - V.Çamba bildirib.

Onun sözlərinə görə, davanın bütün iştirakçıları saxlanılıb.

Qeyd edək ki, Kuban kriminal avtoritetlərin və "qanuni oğru"ların toplaşdığı yerdir. Krasnodar diyarının kölgə bazarları əsasən gürcülər, ermənilər və abxazlar arasında bölüşdürülüb.

Son xəbərlər