Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

Bakıda parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO

19.08.2019 14:43 1 812
Bakıda parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
Axşam saatlarında Neftçilər prospektində əraziyə nəzarət etdiyini deyən şəxsə parkinq üçün pul ödəyən sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Bu barədə sürücü Zəfər Məmmədov "Xəzər xəbər"ə danışıb. Bakı sakini Zəfər Məmmədov bildirib ki, paytaxtın Neftçilər prospektində avtomobili park etmək üçün ödəniş edib, amma sonradan Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Hadisə zamanı ortaya çıxan daha bir maraqlı fakt isə bundan ibarətdir ki, bulvar boyu axşamlar parkinq məsələsinə danışa bilməyən 5-6 nəfər lal şəxs nəzarət edir. Ərazidə daim fəaliyyət göstərən taksi sürücüləri də bu faktı təsdiqləyir.

Görünən mənzərə budur ki, bulvar boyu qanunsuz parkinqi həyata keçirən şəxslərin hamısının lal olması bunun təsadüf olmadığını göstərir.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Neftçilər prospekti də daxil olmaqla şəhərin bir çox yerlərində küçə parklanmasına görə kimlərinsə pul alıb xidmət göstərməsi tamamilə qanunsuzdur. Bakı Nəqliyyat Agentliyi dəfələrlə bu barədə açıqlama verib. Bir daha sürücülərə bu cür şəxslərə pul verib avtomobillərini park etməmək tövsiyə edilir. Sürücülər hərəkətlərini yol nişanlarının tələbinə uyğun təşkil etməlidirlər. Neftçilər prospektində dayanma və durmanı qadağan edən nişanlar var. Orda kiminsə sözünə etibar edib yol nişanının tələbini pozan sürücülər təbii olaraq inzibati qaydada cərimə olunurlar.скачать dle 11.3
Mojo.az Banner