Mojo.az Banner
19:06 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq  |     18:46 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA  |     18:06 Donuz və həşərat mənşəli aroma vericilər Azərbaycanda da qadağan edilə bilərmi?  |     17:59 Xeyli dərman və siqaretin ölkəyə gizli keçirilməsinin qarşısı alındı  |     17:44 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ - FOTO  |     17:21 Azərbaycan-Ukrayna arasında hökumət rabitəsi üzrə sazişə dəyişiklik edilir  |     17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |    
Mojo.az Avto
Mojo.az Avto

Bulvar ərazisinə daxil olmaq qadağan olunub? - AÇIQLAMA

27.03.2020 16:58 1 346
Bulvar ərazisinə daxil olmaq qadağan olunub? - AÇIQLAMA
“Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Dənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasının qadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib.

O qeyd edib ki, əraziyə yalnız avtomobillərin daxil olması qadağandır:

“Bulvar ərazisində iki parkinq var. Bütün maarifləndirici tədbirlərə baxmayaraq, əraziyə avtomobillər yaxınlaşır. Burada xidmət göstərən polis əməkdaşları məhz avtomobillərin əraziyə daxil olmasının qarşısını alır. Artıq iki gündür ki, bu parkinqlərin bağlanmasına qərar verilib. Bu da Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara uyğun olaraq, atılan addımdır.

Piyadaların bulvar ərazisinə daxil olması qadağan edilməyib. Bu məlumat həqiqəti əks etdirmir. Sadəcə olaraq, polis əməkdaşları insanlara yaxınlaşaraq, toplu şəkildə hərəkət etməməyi, ara məsafəsini gözləməyi, maska və əlcəklərdən istifadə etməyi tövsiyə edirlər. Təbii ki, ən doğrusu ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamaqdır”.скачать dle 11.3
Mojo.az Banner