Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda qatarlararası intervallar azaldılır

14.09.2026 17:11 483
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Bakı metropolitenində yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların hərəkət intervalları azaldılır.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, aparılan texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endiriləcək.

Sentyabrın 15-dən etibarən "qırmızı xətt"in "İçərişəhər-Əhmədli" sahəsində pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqə təşkil edəcək.

Yaşıl xətdə sərnişin sıxlığından asılı olaraq, zərurət yarandığı halda mövcud 3 dəqiqə 30 saniyəlik interval 3 dəqiqəyədək azaldılacaq.

"Bənövşəyi xət"də isə payız-qış hərəkət qrafikinə keçidlə əlaqədar "Avtovağzal-8 Noyabr" sahəsində qatarlar 5 dəqiqəlik, "Xocəsən-Avtovağzal" sahəsində isə 10 dəqiqəlik intervalla hərəkət edəcək.

Yeni tədris ili ərzində metropolitenin bütün xətləri üzrə sərnişin axını nəzarətdə saxlanılacaq. Ehtiyac yarandığı halda qatarların hərəkət qrafikində əlavə tənzimləmələr aparılacaq.

Son xəbərlər