Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda hərəkət qrafiki dəyişir

14.06.2024 15:45 804
Bakı metrosunda hərəkət qrafiki dəyişir
Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

"Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.

Hər iş günü qatarların hərəkəti "Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.

İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov-28 May” sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.

Qırmızı və Yaşıl xətlərin birləşdiyi "28 May” stansiyasından "İçərişəhər” və "Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

Bənövşəyi xətdə və "Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq.

Xətlərin "28 May” stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın "Dərnəgül” və yaxud "İçərişəhər” istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə "Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin "Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədar "Ulduz-Həzi Aslanov” sahəsində intervallar daha çox ola bilər.

İyunun 20-də "Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli "Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.

Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.скачать dle 11.3

Son xəbərlər