Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Bakı metropoliteni yay hərəkət qrafikinə keçib

25.06.2025 12:43 987
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar "Bakı Metropoliteni" QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, yay qrafikinə əsasən, metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir.

İş günlərində "28 May" - "Əhmədli" sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da qatarlar arasında interval 2.5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqədir.

"28 May" - "İçərişəhər" və "28 May" - "Dərnəgül" istiqamətlərində interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.

"Bənövşəyi" xətdə və "Xətai" - "Cəfər Cabbarlı" mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb.

Qrafik dəyişikliyi "Bakmil" stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik "metro.gov.az" saytında yerləşdirilib.

Son xəbərlər