Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin

14.09.2026 16:17 1 308
Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin
15 sentyabrda yeni tədris ilinin başlaması ilə məktəblərdə uşaqlar yenidən sıx kollektiv mühitdə bir araya gələcəklər. Bu isə xüsusilə mövsümi xəstəliklərin yayılma riskini artırır. Məktəb yaşlı uşaqlar arasında soyuqdəymə, virus infeksiyaları və digər yoluxucu xəstəliklərə daha çox rast gəlinə bilər. Bu baxımdan valideynlərin xəstəliklərin ilkin əlamətlərinə diqqət etməsi və uşaqların sağlamlığının qorunması vacibdir.

Bununla bağlı pediatr Elşən Tağıyev Median.Az açıqlamasında qeyd edib ki, 15 sentyabrda uşaqların məktəbə qayıtması ilə onların gün ərzində sıx kollektiv mühitdə olması müxtəlif infeksiyaların yayılma riskini artırır:

“Xüsusilə tənəffüs və mədə-bağırsaq infeksiyaları, angina, konyunktivit və digər yoluxucu xəstəliklərə daha çox rast gəlinə bilər. Bu baxımdan əsas məqsəd uşağı bütün mikroblardan təcrid etmək deyil, xəstə olduğu halda məktəbə getməsinin qarşısını almaq və sadə profilaktik qaydalara əməl etməkdir. Uşaqda qızdırma, xüsusilə öskürək, boğaz ağrısı, halsızlıq və ya səpgi ilə müşayiət olunan simptomlar varsa, onun məktəbə göndərilməsi məsləhət görülmür. Təkrarlanan qusma, güclü ishal, tənəffüs problemlərinin pisləşməsi və uşağın gündəlik fəaliyyətlərdə iştirak edə bilməməsi də məktəbdən uzaq qalmaq üçün əsas səbəblər sırasındadır. Tənəffüs yolu infeksiyası zamanı simptomların ən azı 24 saat ərzində yaxşılaşması və qızdırmanın hərarətsalıcı dərman qəbul etmədən ən azı 24 saat olmaması vacibdir. Yalnız yüngül burun axması və ya zəif öskürəyin olması, uşağın ümumi vəziyyəti yaxşıdırsa və gündəlik fəaliyyətlərdə iştirak edə bilirsə, avtomatik olaraq məktəbə getməsinə maneə hesab edilmir”.
Həkim bildirib ki, infeksiyalardan qorunmaq üçün ən vacib qaydalardan biri əl gigiyenasıdır:

“Uşaqlar əllərini sabun və su ilə ən azı 20 saniyə yumalı, xüsusilə yeməkdən əvvəl, tualetdən sonra, öskürüb-asqırdıqdan və müxtəlif səthlərə toxunduqdan sonra buna diqqət etməlidirlər. Sabun və su olmadıqda spirt tərkibli antiseptiklərdən istifadə edilə bilər. Kiçik yaşlı uşaqlar isə antiseptikdən böyüklərin nəzarəti altında istifadə etməlidirlər. Öskürək və asqırıq zamanı ağız və burun salfet və ya dirsəyin iç səthi ilə örtülməli, istifadə olunmuş salfet dərhal atılmalı və bundan sonra əllər yuyulmalıdır. Sinif otaqlarının mütəmadi havalandırılması, tez-tez toxunulan səthlərin təmiz saxlanılması da infeksiyaların yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Məktəbə dönüş zamanı yalnız yoluxucu xəstəliklər deyil, uşağın ümumi sağlamlığı da diqqətdə saxlanılmalıdır. Yuxu rejiminin bərpası, səhər yeməyinin vacibliyi, kifayət qədər su qəbulu, balanslı qidalanma və fiziki aktivlik uşağın məktəb həyatına uyğunlaşmasına kömək edir. Yaşa uyğun peyvəndlərin vaxtında tamamlanması da infeksiyalardan qorunmanın əsas vasitələrindəndir. Bundan başqa, görmə və eşitmə problemləri, bel və çiyin ağrıları, ağır məktəb çantası, yuxu çatışmazlığı və stress kimi hallar da valideynlərin diqqətindən kənarda qalmamalıdır. Uşağın davranışında ciddi dəyişikliklər və məktəbə getmək istəməməsi müşahidə olunarsa, bunun səbəbləri, o cümlədən bullinq ehtimalı da nəzərdən keçirilməlidir. Ümumilikdə, məktəb mövsümündə uşağın sağlamlığının qorunması üçün xəstəlik əlamətləri olan uşağın evdə saxlanılması, əl gigiyenasına riayət edilməsi, siniflərin havalandırılması, peyvəndlərin tamamlanması və sağlam gündəlik rejimin təmin olunması əsas şərtlərdir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner