Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

15.08.2019 14:00 3 911
Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi
Azərbaycanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota göndərib.

Bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.

Ermənistanın Rusiyadakı səfiri Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz gənclər forumunda Azərbaycan nümayəndəsinin ünvanına işlətdiyi ifadələrə və ardından baş vermiş insidentə görə XİN-ə nota göndərilib.

“2019-cu il avqustun 9-da Pyatiqorskda “Maşuk-2019” Şimali Qafqaz gənclər forumu öz işinə başlayıb. Ermənistanın Rusiyadakı səfiri forum çərçivəsində tədbir iştirakçıları ilə keçirdiyi görüşdə Azərbaycana, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yolverilməz ifadələr işlədib, bu da həmin forumda iştirak etmiş “Bakı Gənclər Klubu” İctimai Birliyinin nümayəndəsi Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib”, - məlumatda deyilir.

Bildirilir ki, S.Rüstəmov səfirliyə məktubla müraciət edərək baş vermiş hadisənin məğzini ətraflı izah edib və onu dəstəkləməyi xahiş edib:

“Azərbaycan cəmiyyətində rezonans doğuran məsələnin ciddliyini nəzərə alaraq, səfirlik Rusiya XİN-ə rəsmi nota göndərib”.

Bundan başqa, Azərbaycan diplomatik nümayəndəliyinin məlumatına görə, səfir Polad Bülbüloğlu daha əvvəl əldə olunmuş razılaşmaya baxmayaraq, Pyatiqorska getməkdən, forumun işində iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Forumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş S.Rüstəmovun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan forum iştirakçıları ilə müzakirə zamanı Qarabağın “əzəli erməni torpağı” olması və “azərbaycanlıların heç vaxt orada yaşamamaları” ilə bağlı iddialarla çıxış edib.

S.Rüstəmov bildirib ki, o, müzakirələr zamanı çıxış etmək istəyib, lakin üzərində “Azərbaycan” yazılan idman köynəyi geyindiyinə görə mikrofona yaxın buraxılmayıb. Üstəlik, Ermənistan nümayəndə heyətinin tərkibindəki bir neçə iştirakçı geyindiyi idman köynəyini cırmağa və ona əl atmağa çalışıblar.

Son xəbərlər