Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Telefon terrorçu”larının aqibəti: 100 manat cərimə, səkkiz il həbs

08.08.2019 16:29 2 828
“Telefon terrorçu”larının aqibəti: 100 manat cərimə, səkkiz il həbs
Son günlər ictimai yerlərdə partlayıcı qurğu yerləşdirilməsi, yanğın olması barədə müvafiq qurumlara yalan məlumatlar verilməsi barədə xəbərlər yayılır. Təkcə ötən gün iki belə hal qeydə alınıb.

Bakının Səbail rayonunda ruhi-əqli problemi olan 1974-cü il təvəllüdlü Qalib Qəribov “102” telefon xidmətinə zəng edərək, Daxili İşlər Nazirliyinin binası qarşısına partlayıcı qurğu qoyulduğunu deyib.

Oxşar fakt Binəqədi rayonunda da qeydə alınıb. Kimliyi bəlli olmayan şəxs “112” telefon xidmətinə zəng edərək, “Azadlıq prospekti” metrostansiyası yaxınlığındakı çoxmərtəbəli binada yanğın olduğunu deyib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb edilib.

Lakin hər iki məlumat təsdiqini tapmayıb. Yalan məlumat verən şəxslər, bəlkə də, bunun nəticələrini dərk etmirlər, lakin nazirliyi, təcili tibbi yardımı, eləcə də, digər qurumları əsassız yerə məşğul və narahat edən “telefon terrorçu”larını cəza gözləyir.

Vəkil Elmar Süleymanov Oxu.Az-a bildirib ki, həmin şəxslər qanunla 100 manat dəyərində cərimə oluna və ya beş ildən səkkiz ilə qədər həbs edilə bilər:

“Bu cür hallarda problem iki cür həll edilə bilir. Həmin şəxslər verdikləri məlumatdan asılı olaraq ya İnzibati Xətalar Məcəlləsinin, ya da Cinayət Məcəlləsinin müvafiq bəndinə görə məsuliyyətə cəlb oluna bilərlər.

Əgər bir şəxs polisə, təcili tibbi yardıma və ya FHN-ə zəng edib ictimai yükü olmayan hər hansı yalan məlumat verirsə, o halda bu, inzibati xəta hesab edilir. Araşdırma zamanı yalan məlumat təsdiqini taparsa, həmin şəxsə 100 manat məbləğində cərimə tətbiq edilir.

Əgər vətəndaş partlayış, yanğın olması, bomba qoyulması kimi cəmiyyətdə digər insanlara hər hansı təhlükə yarada biləcək hadisə haqqında əsassız, yalan məlumat verirsə, bu, artıq cinayət məsuliyyəti daşıyır.

Həmin şəxs haqqında Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verməyə görə beş ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Hüquqşünas bu cür “telefon terrorçu”larının yalnız bir şərtlə məsuliyyətdən azad oluna biləcəklərini də deyib:

“Məsələn, şəxs epilepsiya xəstəsidirsə, əqli cəhətdən bir qədər inkişafdan qalıbsa, onlar cinayət məsuliyyətindən azad edilmirlər. O şəxslər yalnız bir halda məsuliyyətdən azad edilə bilərlər ki, məhkəmədə, həqiqətən də, fəaliyyət qabiliyyətsiz hesab edilsinlər”.

Son xəbərlər