Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Toylarda zəhərlənmə “trend”i: Yeməklərin 70 faizi boyatdır, əhalinin başında çatlayır

07.08.2019 12:21 3 353
Toylarda zəhərlənmə “trend”i: Yeməklərin 70 faizi boyatdır, əhalinin başında çatlayır
Son vaxtlar restoranlarda və rayonlarda keçirilən toy mərasimlərində, banketlərdə, ad günü məclislərində kütləvi zəhərlənmələrin sayı çoxalıb. Son olaraq Qəbələdəki toy məclisində 89 nəfərin zəhərləndiyi hadisəni misal göstərmək olar. Lakin bu, ilk hadisə deyil. Bundan əvvəl də Şabran və Şirvanda kütləvi zəhərlənmələr qeydə alınıb.

Hətta Bakının məşhur restoranlarında da belə hallara rast gəlinir.

Kütləvi zəhərlənmələrin səbəblərini Oxu.Az-a şərh edən tibb elmləri doktoru, həkim Adil Qeybulla qida maddələrinin saxlanma qaydaları və hazırlanmasında xeyli problemlərin olduğunu bildirib:

“Əslində, kütləvi zəhərlənmələrin əsasında dayanan faktor ilk növbədə qida maddələrinin dövriyyəsi ilə bağlıdır. Yəni bu, onların saxlanma qaydaları və hazırlanmasında baş verən pozuntularla əlaqəlidir.

Əfsuslar olsun ki, yoxlamalara, çoxsaylı müxtəlif nəzarətlərə rəğmən qida maddələrinin keyfiyyət parametrləri aşağı düşməkdə davam edir. Bu gün ölkəmizin daxili məhsul ehtiyatını nəzərə alsaq, Azərbaycanın qida bazarı bərbad vəziyyətdir. Ona görə də bu cür hallar baş verir.

Şadlıq evlərində, ictimai iaşə obyektlərində qidaların saxlanma qaydaları çox vaxt pozulur. Bayat qidalardan istifadə edirlər. Bəzən isə xarab olmuş qidalar hansısa formada emal edilib yenidən istifadə olunur. Bu haqda faktlar və məlumatlar da var. Bu zəhərlənmələrin hər biri fərdi olaraq araşdırılmalıdır. Zəhərlənmənin əsasında dayan fakt bilinməlidir. Məsələnin həlli hüquqi olmalıdır.

Xaricdə bu cür hallar az da olsa baş verir. Məsələn, meyvələrdə bağırsaq çöplərinin aşkar olunması bütün Avropanı çalxalamışdı. Hətta böyük skandal belə baş vermişdi. Bu məsələlər bizdə ictimailəşsə də, reaksiya olmur. Bununla bağlı ölçü götürülmür”.

Adil Qeybulla əlavə edib ki, hazırda şadlıq saraylarında və restoranlarda verilən qidaların 70 faizinin keyfiyyəti aşağıdır:

“Toylarda şablon qidalar verilir. Ən çox da istidadə olunan məhsullardan biri toyuq ətidir. Demək olar ki, hər şeydə istifadə olunur. Kabablar köhnə ətlərdən çəkilmiş ola bilər.

Yaxud da bu qidalar öncədən hazırlanır, lakin isti havalarda xarab olur.

Şadlıq evlərində verilən qidaların 70 faizinin keyfiyyəti inanılmaz dərəcədə aşağıdır. Bunu açıq şəkildə etiraf eləmək lazımdır.

Hesab edirəm ki, restoranlar ucuz məhsullar və qidalarla toyları yola vermək istəyir. Bu da əhalinin başında çatlayır”.

Son xəbərlər