Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Toyda kütləvi zəhərlənmənin səbəbi günortadan sonra bilinəcək

06.08.2019 14:09 3 199
Toyda kütləvi zəhərlənmənin səbəbi günortadan sonra bilinəcək
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində kütəvi zəhərlənmənin səbəbi günortadan sonra məlum olacaq.

Bunu oxu.az-a Qəbələ rayon İcra Hakimiyyətinin Zərgərli rayonu üzrə nümayəndəsi Səməd Xəlilov deyib.

Onun sözlərinə görə, toy həyətdə keçirilib, yəni məhəllə toyu olub:

“Hazırda araşdırma gedir. Toy mərasimində qablaşdırılmış su və düşes içkisi olub. Eyni zamanda, istifadə edilən ət toy sahibinin şəxsi həyətində saxladığı heyvan əti olub. Hazırda hər birindən nümunələr götürülüb. Nəticələr günortadan sonra məlum olacaq”.

Qeyd edək ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub. Onlardan 16-sı qadın, 7-si uşaq, qalanları kişidir.

Son xəbərlər