Mojo.az — elanlar
Son Xəbərlər
11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |    
Mojo.az Avto
Mojo.az Avto

Alp dağlarının təhlükəsi: ölənlərin sayı artmaqdadır

05.08.2019 11:52 1 781
Alp dağlarının təhlükəsi: ölənlərin sayı artmaqdadır
İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki alman alpinisti ölüb.

“RİA Novosti” xəbər verir ki, Dan Blanş zirvəsi 4357 metr yüksəklikdə yerləşir.

Məlumata əsasən, hadisə şənbə günü səhər baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi olan digər alpinistlər xilasetmə xidmətlərinə xəbər veriblər.

Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.

Hesablamalara görə, Alplarda ən çox bədbəxt hadisə yay fəslinə təsadüf edir – ayda orta hesabla 20 adam ölür.

Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub. Britaniyalı qadın Allalinxorn buzlağından keçərkən buzda yaranan çatlağa düşüb.

Son xəbərlər