Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyadan qaçıb Bakıda gizlənən azərbaycanlıya 13 il həbs verildi

02.08.2019 20:08 1 558
Rusiyadan qaçıb Bakıda gizlənən azərbaycanlıya 13 il həbs verildi
Rusiya istintaqından qaçaraq Azərbaycanda gizlənmiş Murad Məmmədovun Bakıda məhkəməsi olub.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, Sankt-Peterburqda cinayətkar qruplaşmanın üzvü olan Murad 13,6 il azadlıqdan məhrum edilib. 1962-ci il təvəllüdlü Məmmədov Sankt-Peterburqun İstintaq orqanları tərəfindən ağır cinayətlər törətməkdə ittiham olunub və axtarışa verilib.

Məlumata görə, dəstə üzvü Sankt-Peterburqda əsasən Ağdam rayonundan Rusiyaya gedənlərdən ibarət qruplaşma yaradıb. Dəstə üzvləri sifarişli qətllər törədirmiş. Belə ki, 2007-ci ilin noyabrında Məmmədov həmyerliləri ilə birlikdə yerli müəssələrdən birinin rəhbərindən ayda 10 min rubl xərac istəyib. 2009-cu ildən pulu verməkdən imtina edən sahibkarın əvvəlcə avtomobili yandırılıb, 2009-cu ilin aprelində isə 22 yaşlı qızı öldürülüb.

Cinayətdən axtarışda olan Murad Azərbaycanda gizlənib. Daha sonra onun Rusiya vətəndaşlığı ləğv edilib.

Məmmədovun barəsində istintaq materialları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edilib. Həmin materiallar əsasında Murad Məmmədov 13 il 6 ay azadlıqdan məhrum edilib.

Dəstənin digər üzvləri barəsində də Rusiyanın məhkəmə instansiyaları tərəfindən ittiham aktları tərtib olunub.скачать dle 11.3
Mojo.az Banner