Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? |
Mojo.az Avto
Mojo.az Avto

Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb

13.05.2024 15:11 2 280
Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində avtobusun çaya aşdığı hadisə ilə bağlı yeni detallar üzə çıxıb.

Median.Az
Rusiya mətbuatına istinadən xəbər verir ki, "Taksi" adlı daşıyıcı şirkətin rəhbəri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi (“Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmə”) ilə ittiham olunub.

İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin müstəntiqlərə Vasileostrovski rayonunun sakinlərinin müraciəti əsasında ictimai nəqliyyat marşrutlarında fəaliyyət göstərən daşıyıcılarda yoxlama aparmağı tapşırıb. Potseluev körpüsündən Moyka çayına düşən avtobusla bağlı fövqəladə hadisədən sonra onlar Bastrykinə şikayət yazıblar.

Qeyd edək ki, hadisə mayın 10-da baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtobus sərnişinləri ilə birgə çaya düşüb.

Mayın 12-də Sankt-Peterburqda məhkəmə “Moyka”ya düşən avtobusun sürücüsünü istintaq təcridxanasına göndərib. Daha sonra ona qarşı miqrantların saxta qeydiyyatına görə daha bir cinayət işi açılıb.
//Baku.ws

Son xəbərlər