Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Zooparkında "dövlət sirri": təmir haqqında məlumatlar niyə gizlədilir? (FOTOLAR)

02.08.2019 18:07 2 336
Bakı Zooparkında
Bu ilin fevral ayından Bakı Zooparkı təmirə bağlanıb.

Qaynarinfo-nun əməkdaşı yenidənqurma işlərinin gedişatından xəbər tutmaq, reportaj hazırlamaq üçün Zooparka yollanıb.

Əvvəlcə telefon vasitəsi ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı. Üz tutduq təmir işləri aparılan əraziyə. Lakin giriş qapısının yanında əyləşən və vəzifəsinin nə olduğunu açıqlamayan bir bəy girişin qadaqan olduğunu dedi. Ərazinin bağlı olduğunu, mətbuata açıq olmadığı və kimsənin açıqlama verməsinə, şəkil çəkməsinə icazə olmadığını qeyd etdi.

Heç olmasa təmir işlərinin nə zamana kimi davam edəcəyi ilə bağlı sualımıza cavab verəcəyinə ümid etdik. Lakin həmin şəxs israrla zooparka aid bütün məlumatların gizli olduğunu vurğuladı. Hətta bir sıra telekanalların da çəkiliş üçün müraciətinə rədd cavabı verildiyini bildirdi. Bir sözlə Bakı Zooparkında gedən işlər "dövlət sirri" kimi gizli saxlanılır.

Bu qədər çək-çevirdən sonra israr etməyin mənasız olduğunu görüb, zoopark ərazisinin ətrafını saran plakatların arxasından bir neçə kadr çəkməyə çalışdıq.

Ancaq az-çox göründüyü kimi fevraldan təmirə bağlanan zooparkda elə də ciddi iş görülməyb.







скачать dle 11.3
Mojo.az Banner