Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb

31.07.2019 22:10 1 759
Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb
İyulun 30-da saat 9-dan etibarən bir sıra rayonlarda, o cümlədən Bərdədə qazın nəqli dayandırılıb. Median.Az-ın Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə mavi yanacağın müvəqqəti dayandırılması əlavə çətinliklərin ortaya çıxmasına səbəb olub.


Belə ki, Bərdə rayonunda çörək dükanları müştəriləri tam təmin edə bilməyib. Çörək almaq istəyənlər mağazaların qarşısında növbəyə durub gözləməli olublar. Bəzi hallarda isə insanlar evə əliboş qayıtmalı olublar.


Bərdə-Çörək ASC-nin əməkdaşı Şahin Məmmədov bildirib ki, çörəyin qıtlaşması qazın olmaması ilə əlaqədardır: “Dünən səhər saat 9:00- dan dayandırılan qaz hələ buraxılmayıb. Xırda çörəkbişirmə sexləri işləmir, qazla işləyən təndirxanalar da dayanıb. Evlərdə də buna hazır deyildilər. Qaz yanacaqdoldurma məntəqələrində də sıxlıq yaranıb. Biz imkanlarımızı səfərbər edərək, həm hərbi hissələri, həmdə rayon əhalisini dayanmadan çörəklə təmin edirik. Hələ ki istehsal prosesimiz dayanmadan davam edir. Çalışacağıq ki, heç kim çörəksiz qalmasın. Ancaq əhali də bizi başa düşməlidir. 2 çörəyə ehtiyacı olanlar panikaya düşüb 6, hətta 8 ədəd çörək alırlar. Şəhərə yaxın olan Gərənə kəndinə qazın verilməsi bərpa olunub. Yaxın vaxtlarda Bərdənin özündə də qaz verilməsi bərpa olunacaq”.

Qeyd edək ki, yanacaqdoldurma məntəqələrində də maye qazın satışında növbələr müşahidə olunub.

Son xəbərlər