Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Göygöl Rayon Məhkəməsində baş vermiş intihara cəhdin təfərrüatı məlum olub - YENİLƏNİB

31.07.2019 20:09 1 745
Göygöl Rayon Məhkəməsində baş vermiş intihara cəhdin təfərrüatı məlum olub - YENİLƏNİB
Göygöl Rayon Məhkəməsində baş vermiş intihara cəhdin təfərrüatı məlum olub.

Median.Az
-ın report-a istinadən məlumatına görə, Göygöl rayon sakini, yaşlı Eldəniz Xıdırov ödəməli olduğu 1740 manat aliment pulunu ödəyə bilmədiyi üçün məhkəmə onun haqqında 10 sutka inzibati həbs qərarı çıxarıb. Bu qərarla razılaşmayan E.Xıdırov icraçıya alimentin 1000 manatını ödəmək üçün keçmiş həyat yoldaşınla razılaşacağını, qalan pulu isə sonra ödəyəcəyini bildirib. Hakim bu vədlərin dəfələrlə verildiyini və yerinə yətirilmədiyini nəzərə alaraq qərarı dəyişməyəcəyini bildirib. Bu zaman E.Xıdırovun yanında olan qardaşı Elçin Xıdırov əsəbləşərək icraçı otağın qapısında olan şüşəni qolunla sındırıb. Sınan şüşə onun qolunu və damarlarını kəsib.

Daha sonra isə Eldəniz Xıdırov yerə tökülən şüşə parçası ilə qolunu kəsərək özünə xəsarət yetirib. Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onlara dərhal tibbi yardım göstərilib. Elçin Xıdırovun vəziyyəti ağır olduğundan onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayon məhkəməsində proses zamanı insident baş verib.

Median.Az
-ın lent.az-a istinadən xəbərinə görə, hazırda Göygöldə məskunlaşmış Kəlbəcər sakinləri, iki qardaş – Eldəniz və Elçin Xıdırovlar xəsarət alıb.
Bildirilir ki, qardaş və bacanaq olan Xıdırovlardan Eldənizin işi üzrə məhkəmə prosesi keçirilərkən 1984-cü il təvəllüdlü Elçin Xıdırov əli ilə məhkəmə zalının şüşə qapısına zərbə endirib.

Nəticədə onun damarları kəsilib, qardaşı da yüngül xəsarət alıb. Çoxlu qan itirən E.Xıdırov əvvəl Gəncədə, sonra isə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər