Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir vaxtlar milyonçunun yaşadığı evin məşhur bağı acınacaqlı halda - AÇIQLAMA (FOTO)

31.07.2019 16:19 2 935
Bir vaxtlar milyonçunun yaşadığı evin məşhur bağı acınacaqlı halda - AÇIQLAMA (FOTO)
Sosial şəbəkədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun ərazisindəki bağın baxımsız vəziyyətdə olması ilə bağlı məlumat paylaşılıb.

Məlumatda bağdakı tikililərin uçuq-sökük olması, hovuzun təmizlənməməsindən və s. şikayət edilir.

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva ilə əlaqə saxlayıb.

T.Zeyvəliyeva bildirib ki, bağın ərazisi hər gün təmizlənir:

“Təəssüflər olsun ki, vətəndaşlarımızın bəzilərinin hələ də təmizliyə riayət etmə mədəniyyəti yoxdur. Haradasa natəmizlik, ağacın budağının sındığını gördükdə dərhal həmin problemi aradan qaldırmağa çalışırıq. Bu kimi şikayətləri çəkib yaymaq əvəzinə, institut əməkdaşlarına bildirsələr, məsələ yerində həllini tapar. 12,5 hektar ərazini daim nəzarətdə saxlamaq çətindir. İnsanlar bura gələndə özləri ilə yemək gətirir. İnstitut ərazisi olduğu üçün buna icazə verilməməlidir. Ancaq biz buna icazə veririk. Lakin bəziləri, ümumiyyətlə, təmizliyə riayət etməyi bacarmırlar”.

Şöbə müdiri şikayətdə qeyd olunan bağdakı hovuzun suyunun təmizlənməməsi məsələsinə də münasibət bildirib:

“Bəzi bitkilər var ki, onlara təmiz su vermək olmaz. Hovuza gələn kanal suyu olduğu üçün çirkli görünür. Ancaq biz bu hovuzdan həmin bitkiləri suvarmaq üçün istifadə edirik”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olub. 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olub. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri Bölməsinə tabe edilib, ona hüquqi status verilib. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adlandırılıb. Hazırda İnstitut Dünya Botanika Bağlarının üzvüdür, 100-dən çox Botanika Bağı ilə qarşılıqlı əməkdaşlıq edir.













скачать dle 11.3
Mojo.az Banner