Mojo.az Banner
21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu rayon və qəsəbələrə qazın verilişi dayandırıldı

31.07.2019 12:24 3 280
Bu rayon və qəsəbələrə qazın verilişi dayandırıldı
Qaz İxrac İdarəsinin balansında olan bir neçə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar bəzi rayonlarda qazın verilişi dayandırılıb.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, 30 iyul axşam saat 19:00-dan etibarən 31 iyul saat 19:00-dək Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının bir hissəsində, eləcə də 30 iyuldan işlər başa çatanadək Bərdə, Tərtər, Ağdam, Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa, bu gün saat 11:00-dan 13:00-dək qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Sabunçu rayonu üzrə bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Eyni zamanda, saat 11:00-dan sazlama işləri ilə bağlı Xəzər rayonu, Binə, Qala qəsəbələrində, Qaradağ rayonu, Ələt qəsəbəsində də bir qrup sakinin qaz təchizatı dayandırılacaq.

скачать dle 11.3
Mojo.az Banner